Hindistanın qərbindəki Maharaştra əyalətində açıq havada keçirilən və minlərlə insanın qatıldığı tədbirdə 12 nəfər həddindən artıq istilər səbəbindən ölüb.
AzadMedia.az BBC-yə istinadən xəbər verir ki, Navi Mumbai şəhərində 1.5 saat davam edən mükafatlandırma mərasimində havanın temperaturu 38 dərəcəyə yüksəlib.
Mükafat mərasiminə bir çox yüksək səviyyəli siyasətçilər, o cümlədən daxili işlər naziri Amit Şah və hakim Bharatiya Janata Partiyasınınyerli siyasətçiləri qatılıb.
Tədbirdən sonra çox sayda insan susuzluq, başgicəllənmə, yüksək təzyiqlə bağlı şikayətlərlə xəstəxanaya yerləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.