"Türkiyə öz qaz qovşağı vasitəsilə ildə 40 milyard kubmetr qaz satmağı planlaşdırır".
Bunu Türkiyənin energetika naziri Fatih Dönməz bildirib.
Dönmez NTV kanalının yayımında “Aldığımız təxminən 100 milyard kubmetr qazın 60 milyardını istifadə edirik, yəni qalan 40 milyardını sata bilərik. Bunun üçün qaz ticarət mərkəzi yaradılır”.
Türkiyənin mayeləşdirilmiş təbii qaz tədarükçüləri olan Rusiya, İran və Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edən nazir hazırda Türkiyənin Avropadakı potensial alıcılarla qaz satışı ilə bağlı danışıqlar apardığını da qeyd edib.
Rusiya Qərbin sanksiyalarının tətbiqi, eləcə də “Şimal axını”nda baş verən partlayışlarla birlikdə Türkiyədə qazpaylayıcı mərkəzin yaradılması layihəsini təklif edib.
28 dekabr 2022-ci ildə “Qazprom”un rəhbəri Aleksey Miller Türkiyədə qaz mərkəzi layihəsi üzrə ilk işlərə başlanıldığını açıqladı. Millerin sözlərinə görə, mərkəz təbii qaz bazarında ədalətli və şəffaf qiymətqoyma təmin edəcək.
Bu il yanvarın 3-də Türkiyənin Energetika Nazirliyi mərkəzin tikintisinə başlanıldığını bildirib.
Yeni qaz mərkəzi layihəsini Rusiyanın Qazprom və Türkiyənin Botaş şirkəti hazırlayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.