ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sızdırılmış sənədlərində Ukrayna hərbi kəşfiyyatının PKK/YPG terror təşkilatı vasitəsi ilə Suriyadakı Rusiya qüvvələrinə qarşı gizli hücumu planlaşdırdığına dair məlumatlar var.
Bu barədə “Washington Post” qəzeti yazı dərc edib.
Belə ki,sızdırılmış sənədlərdə Ukrayna hərbi kəşfiyyatçılarının Rusiyaya qarşı mümkün hücumda hökumətlə hər hansı əlaqənin olmaması üçün Suriyanın şimalında PKK/YPG yaraqlılarına təlim keçərək hücumları bu qruplar vasitəsilə həyata keçirməyi planlaşdırdığı iddia edilib.
Planlara pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Vaqner qüvvələrinə hücumu da daxildir. Məxfi sənədlərdə PKK/YPG-nin təlim, maddi-texniki təminat, müdafiə sistemləri və əməliyyatlardakı rolunun gizli saxlanacağına zəmanət veriləcəyi təqdirdə bu təklifi qəbul etməyə hazır olduğu bildirilib.
Məlumata görə, Zelenski ötən il dekabrın sonunda əməliyyat planlarını dayandırıb və buna səbəb kimi “kürdlər arasında sərhəd nəzarəti və əməliyyat mərkəzinin yaradılması məsələsi”, Ukraynanın məhdud təchizatı kimi logistik çətinliklərin aşkarlanması olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.