"Rusiya Türkiyəyə hər zaman dostluq əlini uzatmağa hazırdır ".
Bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi
Türkiyənin ilk AES-i Akkuyu üçün nüvə yanacağının ilk partiyasının təhvil verilməsi mərasimində bildirib .
“Biz həmişə türk tərəfdaşlarımıza dostluq əlini uzatmağa hazırıq”, - Putin bildirib.
Putin həmçinin bəyan edib ki, Rusiya və Türkiyə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir.
Qeyd edək ki, Rusiya və Türkiyə “Akkuyu” AES-in 1 nömrəli enerji blokuna nüvə yanacağının çatdırılmasını rəsmən rəsmiləşdirib, “Rosatom” dövlət korporasiyası bu enerji blokunun sertifikatını Türkiyənin Energetika Nazirliyinə verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.