Qazaxıstanda qaz emalı zavodunda baş verən yanğın zamanı bir neçə nəfər xəsarət alıb.
Bazar ertəsi, mayın 1-də “SNPS-Aktobemunaigas” qaz emalı zavodunda yanğın baş verib. Yüngül karbohidrogen hasilatı qurğusundan başlayan yanğın daha sonra zavodun digər obyektlərinə keçib. Hadisə zamanı 4 əməkdaş xəsarət alıb. Hazırda onların vəziyyəti ilə bağlı məlumat yoxdur. Azadmedia az ORDA-ya istinadən xəbər verir ki, yanğının söndürülməsinə 52 yanğınsöndürmə briqadası və 9 ixtisaslaşdırılmış texnika cəlb olunub.
Bundan əvvəl bildirilmişdi ki, Sankt-Peterburqda Prinevskaya küçəsində anbarlardan birində yanğın baş verib. Ümumi yanğın sahəsi 450 kv.m. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 32 əməkdaşı və 7 yanğınsöndürən maşını cəlb olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.