Türkiyədə keçirilən prezident və parlament seçkilərində prezidentliyə namizədlər, nazirlər və siyasi partiya liderləri səslərini verib.
Səs vermək üçün ilk seçki məntəqəsinə gedən İYİ Partiya sədri Meral Akşener olub. O, İstanbul Bəylərbəyi Hacı Sabancı Anadolu Liseyində Prezident Seçkiləri və 28-ci Dövr Millət vəkili Ümumi Seçkilərinə səs verib.
Hazırkı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan də Üsküdardakı Saffet Cebi İbtidai məktəbində səs verib. O, seçki məntəqəsinə həyat yoldaşı Əminə Ərdoğanla qatılıb.
Prezidentliyə namizəd və Ərdoğanın əsas rəqibi, CHP sədri Kamal Kılıçdaroğlu səs vermək üçün seçki məntəqəsinə gedib. Prezidentliyə sonuncu namizəd Sinan Oğan da Ankarada səs verib.
Ötən günlərdə prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayan Millət Partiyasının sədri Məhərrəm İncə də səsini Ankarada verib.
Daha sonra, Millət Alyansının vitse-prezidentliyə namizədi, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu səsini seçki qutusuna atıb.
Bundan başqa, xarici işlər naziri Mövlud Çavuşoğlu da Antalyanın Alanya rayonunda səs verib. Daxili İşlər Naziri Süleyman Soylu da səs verən siyasətçilər arasında olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.