Misirdə Moskva yaxınlığındakı Balaşixa şəhərinin 23 yaşlı sakinini köpək balığı yeyib. Hadisə şahidlərinin çəkdiyi görüntülər sosial şəbəkələrdə yayılıb. Rusiya mediası bununla bağlı iddialar irəli sürür.
Hurqada kurort şəhərinin sakinləri dənizdə köpək balığı ilə döyüşən kişiyə diqqət çəkib. Qayıqda olan bir neçə nəfər ona kömək etməyə çalışsalar da, vaxtları olmayıb.
Qeyd olunur ki, Arxangelskdə doğulan və Moskva vilayətində yaşayan Vladimir Popov dünyasını dəyişib.
Hadisə ilə bağlı məlumatı Rusiya Baş Konsulluğu və Rusiya Xarici İşlər Nazirliyi təsdiqləyib.
Hazırda Hurqadanın bütün çimərlikləri bağlanıb. Misir Dəniz Polisi vətəndaşlara suda olmağın təhlükəli olduğu barədə xəbərdarlıq edir.
\\Moskva-Baku
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.