AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şotlandiyanın keçmiş birinci naziri Nikola Sturgeon həbs edilib

  • + A
  • - A
  • 12-06-2023, 02:10

    Şotlandiyanın keçmiş birinci naziri Nikola Sturgeon həbs edilib

    Şotlandiya polisi SNP-nin maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində keçmiş hökumət başçısı və Şotlandiya Milli Partiyasının (SNP) keçmiş lideri Nikola Sturgeonu həbs edib. Azadmedia.az xəbər verir ki, bu barədə “Sky” telekanalı Missis Sturgeonun nümayəndəsinə istinadən xəbər verir.
    Şotlandiya polisi bu gün SNP-nin maliyyələşdirilməsi ilə bağlı araşdırma ilə əlaqədar şübhəli bilinən '52 yaşlı qadının' həbs edildiyini açıqlayıb. Hüquq-mühafizə orqanları qadının həbsdə olduğunu, müstəntiqlər tərəfindən dindirildiyini bildirib. Sky aydınlaşdırır ki, press-reliz Nikola Sturgeon haqqındadır.

    Şotlandiya polisi Branchform əməliyyatı çərçivəsində Böyük Britaniyadan müstəqillik referendumuna ayrılan 600 min funt-sterlinqin dəqiq necə xərcləndiyini araşdırır.

    Aprel ayında polis SNP xəzinədarı Colin Beatty və Nikola Sturgeonun əri, partiyanın keçmiş icraçı direktoru Peter Murrell- həbs etdi. Daha sonra onlar heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR