AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Heç kim xilas ola bilməz" - Bədbin proqnoz

  • + A
  • - A
  • 20-06-2023, 23:55

    "Heç kim xilas ola bilməz" - Bədbin proqnoz

    "Heç kim xilas ola bilməz." "Titanik"in yaxınlığında itmiş batiskafda hava iyunun 22-də səhər saatlarında bitə bilər
    Britaniya mediası xəbər verir ki, Birləşmiş Ştatlar Böyük Britaniyadan olan xilasedicilərin itmiş sualtı qayığın axtarışlarına qoşulmasına icazə verməyib. Böyük Britaniya Müdafiə Nazirliyi vəziyyəti nəzarətdə saxlamaqda davam edir. Bundan əvvəl ekspedisiya üzvlərindən biri əlaqə saxlayıb və bildirib ki, gəmidə olan hər kəs sağdır və xilasediciləri gözləyir. Sualtı tədqiqatçıların oksigeni, mütəxəssislərin fikrincə, bir neçə on saata - 22 iyun cümə axşamı səhərə qədər qalır. Cihaz 3,8 km dərinlikdə yerləşir.
    Titanikə ekspedisiya zamanı yoxa çıxan batiskaf öz-özünə səthə çıxmasa, o zaman insanları xilas etmək mümkün olmayacaq. Bunu RİA Novosti ilə söhbətində M.V adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin okeanologiya kafedrasının baş müəllimi deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR