Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Özbəkistanın paytaxtı Daşkəndə gedəcək.
Səfər İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün nəzərdə tutulub.
İki gün keçiriləcək sammitdə ölkələrarası iqtisadi əlaqələrlə yanaşı, İsrail-Fələstin məsələsi, həmçinin Qəzza ərazisinə humanitar yardımın ən qısa zamanda çatdırılması müzakirə olunacaq.(“TRT Haber”)
Qeyd edək ki, bu, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı iclasıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.