"Ermənistan ətrafında çevrə günü-gündən daralır".
Bunu Ermənistan parlamentinin "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.
Onun sözlərinə görə, geosiyasi proseslər, regional hadisələr, mövcud təhlükəsizlik mühiti, xüsusən də daxili və xarici təhdidlərin gündən-günə güclənməsi bu çətin vəziyyətdən çıxmaq üçün müzakirələrin aparılmasını zəruri edir:
"Ermənistan hakimiyyətinin zamana uyğun olmayan şəkildə formalaşdırdığı siyasət ona gətirib çıxarıb ki, Ermənistan ətrafında çevrə günü-gündən daralır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.