Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.
Azadmedia.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Suriyanın şimalında yaşayış məntəqəsində gerçəkləşdirilib.
Əməliyyat çərçivəsində PKK terror təşkilatının "rəhbər şəxs"lərindən biri - "Ayn El Arab üzrə məsul şəxs" Mutlu Kacar zərərsizləşdirilib.
Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.