AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mahaçqala hava limanında iğtişaşların 240-dan çox iştirakçısı həbs edilib və cərimə edilib

  • + A
  • - A
  • 2-12-2023, 09:59

    Mahaçqala hava limanında iğtişaşların 240-dan çox iştirakçısı həbs edilib və cərimə edilib

    Mahaçqala hava limanında iğtişaşların 242 iştirakçısına Dağıstanın müxtəlif məhkəmələri tərəfindən 1 sutkadan 10 günə qədər inzibati həbslər, cərimələr və icbari əmək tətbiq edilib. Azadmedia.az xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamayeva məlumat verib.

    “Bu günə qədər respublika məhkəmələri Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.3, 20.1 və 20.2-ci maddələri ilə hava limanında baş vermiş iğtişaşlardan sonra başlanmış 242 inzibati xəta işinə baxıb. Bunlardan 104 qanun pozucusu 1 gündən 10 günədək inzibati həbs, 94 nəfərə 3000-10000 rubl məbləğində inzibati cərimə, 42-si isə məcburi əməyə cəlb edilib”, - deyə Mamayeva bildirib.

    O, əlavə edib ki, iki şəxs barəsində icraata xitam verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR