Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yelikaya X (keçmiş Twitter) sosial şəbəkəsində "Rizəspor"la oyunun sonunda hakim Halil Umut Melərə hücum edən Ankaragücü klubunun prezidenti Faruk Kocanın xəstəxanada olmasını yazıb.
“O, hüquq-mühafizə orqanlarımızın nəzarəti altında xəstəxanada müalicə olunur. Müalicədən sonra saxlanma prosedurları həyata keçiriləcək. Daha bir neçə nəfər də hakimə hücum etdiyi üçün saxlanılıb”, Yerlikaya yazıb.
Türkiyə Superliqasının 15-ci turunda baş tutan final fitindən sonra Koca meydançaya qaçaraq hakimə hücum edib. İlk zərbədən sonra hakim qazona yıxılıb və daha bir neçə zərbə alıb. Hakim özü ayağa qalxa bilsə də, sol gözünün altında qançır var idi. O, ilkin olaraq hakim otağında müalicə olunub.
Görüş 1:1 hesabı ilə başa çatıb. "Rizəspor" əlavə edilmiş yeddinci dəqiqədə hesabı bərabərləşdirə bilib. “Rizəspor”a heç-heçə gətirən qolu hüququ CSKA Moskvada oynayan olan Adolfo Qayç vurub.
Türkiyə çempionatının turnir cədvəlində "Ankaragücü" 18 xalla 11-ci yerdədir. “Rizəspor” 22 xalla səkkizinci pillədə qərarlaşıb. Turnir cədvəlində “Fənərbaxça” liderdir. İstanbul komandasının aktivində 40 xal var. Əlavə göstəricilərə görə “Fənərbaxça” “Qalatasaray”dan geri qalır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.