Belarus Ukrayna ilə sərhəddə yeni hərbi şəhərcik inşa edir. Azadmedia.az xəbər verir ki, bu barədə “Belarus Qayun” monitorinq qrupu məlumat yayıb. Belə ki, Cənub Əməliyyat Komandanlığının hərbi şəhərciyi tərk edilmiş beş uşaq düşərgəsinin (Çayka, Oqonyok, Qalaktika, Liteyşçik və Lesnaya Polyana) bazasında tikiləcək.
Qeyd edək ki, obyekt Ukrayna ilə sərhəddən çox da uzaq olmayan Qomel vilayətinin Novaya Buda kəndi yaxınlığındakı obyektdə yerləşəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.