AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bizi məhv edə bilməyəcəksiniz" - Makrona MƏKTUB

  • + A
  • - A
  • 15-12-2023, 20:00

    "Bizi məhv edə bilməyəcəksiniz" - Makrona MƏKTUB

    Kaledoniya Birliyinin sədri, FNKLS-nın Mətbuat katibi Daniel Goa Fransa Prezidenti Emmanuel Makron və nazirlərinə açıq məktub yazıb.

    Azadmedia.az xəbər verir ki, 10 səhifəlik məktubda o qeyd edib ki, Fransa 1853-cü ildən Yeni Kaledoniyada hökmranlıq edir.

    Birlik sədri vurğulaylb ki, Fransa hökuməti tərəfindən buraya məqsədli şəkildə köçürülən insanlar xalq kimi tanımırlar: "Sizin üçün demokratiya seçki hüququdur, bizim üçün isə demokratiya ənənəvi qəbilə dəyərlərinə hörmət edilməsidir. Fransa bizim üçün nümunə götürüləcək mənbə deyil. Sizin siyasətiniz bizim məhvimizə hesablanıb. Amma siz bizi məhv edə bilməyəcəksiniz. Vaxt gələcək biz sizin qarşınızda olacağıq".

    Daniel Goa bildirib ki, Fransa Kaledoniya ərazilərinin dekolonizasiya olunmasına dair 1957-ci ildə imzalanan sənəddə götürdüyü öhdəliklərə əməl etməlidir:

    "Fransa prezidenti bir şeyi deyir, amma tamamilə əksinə addımlar atır. Demokratiya qeyri-qanuni işğal etdiyiniz ölkəni tərk etməyi tələb edir. Dekolonizasiya fundamental insan hüququdur, bu, ədalət, insanlıq və demokratiyanın tələbidir.

    Fransa Sakit Okean regionunda Yeni Kaledoniya, Fransız Polineziyası, eləcə də Vallis və Futunasız heç nədir və Fransa heç bir zaman Okeaniyada qüvvə olmayacaq. Çünki, bu ölkələr sizin deyil. Siz güclə bizim ictimaiyyətimizi dəyişməyə çalışırsınız. Xatırladaq ki, sizin müstəmləkəçiliyiniz qətillər, xəyanətlər, talanlar, oğurluq, bizə qarşı hörmətsizlik, əhalimizin köçürülməsi, azadlığımızın alınması, məcburi qovulmağımız və bizi məhv edən gətirdiyiniz xəstəliklər vasitəsilə reallaşdırılıb".

    O vurğulayıb ki, Fransa Kaledoniyanın təbii sərvətlərini talan edib, baha qiymətə satır.

    Daniel Goa məktubunun sonunda Fransa qarşısında bir sıra tələblər irəli sürüb: "Ləyaqətimizi özümüzə qaytarın. Çünki bu sizin fəxr etdiyiniz insan hüquqlarının tələbidir. Bizə azadlığımızı qaytarın. Çünki bu insanlığın tələbidir. Bizi dekolonizasiya edin. Çünki bu tarixi ədalətin bərpa edilməsidir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR