AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə zəlzələdən 324 gün sonra dağıntılar altından kişi qalıqları çıxarılıb

  • + A
  • - A
  • 28-12-2023, 12:18

    Türkiyədə zəlzələdən 324 gün sonra dağıntılar altından kişi qalıqları çıxarılıb

    Bu il fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən 324 gün keçir. Belə uzun müddət keçməsinə baxmayaraq, dekabrın 27-də Hatay vilayətinin Defne mahalının Sümerlər məhəlləsində dağıntılar altından kişi qalıqları çıxarılıb. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun kimliyi genetik müayinədən sonra müəyyənləşəcək.

    Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində doqquz saat fasilə ilə iki güclü zəlzələ baş verib. Sonradan bir neçə min yeraltı təkan qeydə alınıb (onlardan ən güclülərinin maqnitudası 6,7 vahidə çatıb).

    Təbii fəlakət nəticəsində ölkədə 50500-dən çox, Suriyada 8500-ə yaxın insan həlak olub, on minlərlə insan yaralanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR