AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qırğızıstanda hökuməti devirmək istədilər

  • + A
  • - A
  • 11-01-2024, 21:57

    Qırğızıstanda hökuməti devirmək istədilər

    Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi xalq üsyanı yolu ilə hökuməti devirməyə hazırlaşan qrupa qarşı əməliyyat keçirib.

    Dövlət komitəsi bununla bağlı açıqlama yayıb.

    Qeyd olunur ki, İmamidin Taşov və Tiləkmət Kürenov da daxil olmaqla, barələrində “hakimiyyəti zorakılıqla ələ keçirməyə hazırlıq” maddəsi ilə axtarış elan edilən şəxslər saxlanılıb.

    Məlumata görə, Taşov hökuməti devirməyə yönəlmiş hazırlıqların və təşkilatların maliyyəçisi olub.

    Açıqlamada qeyd edilir ki, əməliyyat çərçivəsində Taşovun yaşadığı evlərdə axtarış aparılıb, lüks avtomobillər, pul və qızıl-zinət əşyaları götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR