Braziliyanın qərbində, Amazona ştatında Bakı vaxtı ilə saat 01:31-də 6,5 maqnitudada zəlzələ olub.
Azadmedia.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələ ocağı Tarauka şəhərindən 123 kilometr məsafədə 628 kilometr dərinlikdə yerləşib.
İpxuna, Kruzeyro do Sul yaşayış məntəqələri yaxınlığında baş verən yeraltı təkanlar Peruda da güclü hiss olunub.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.