"Marca" xəbər verir ki, "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya prokurorlarının 2014-2015-ci illərdə vergi orqanlarından 1 milyon avro gizlətdiyinə görə mütəxəssisə 4 il 9 ay həbs istəməsi ilə bağlı məlumatı şərh edib.
“Mən artıq cəriməni ödəmişəm, pul artıq prokurorluqdadır. Mən əminəm ki, günahsızam, 2015-ci ildə qeyri-rezident olmuşam. Görək hakim nə qərar verəcək”, - Ançelotti bildirib.
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Real Madrid” doğma meydanda “RB Leypsiq”lə heç-heçə edib.
İspaniya yığmasının heyətində Vinisius Junior dəqiq zərbə ilə fərqlənib. "Leypsiq"in heyətində Villi Orban fərqlənib.
İki oyunun cəminə əsasən, Real Madrid növbəti mərhələyə yüksəlib. Komandalar arasında Almaniyada baş tutan ilk oyun “qaymaqlılar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.