KİV xəbər verir ki, MTN xüsusi təyinatlıları qumbara ilə silahlanmış bir şəxsi zərərsizləşdirərək onu saxlayıblar.
Qeyd edək ki, xüsusi əməliyyat zamanı MTN-in xüsusi təyinatlıları Nor Nork polis idarəsinin binasından çıxandan sonra qumbaraatanla silahlanmış şəxsi zərərsizləşdiriblər.
Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan jurnalistlərə bildirib ki, zərərsizləşdirilən şəxs hazırda Nor Nork polisinin binasındadır.
Narek Sarkisyan bildirib ki, qumbara ilə silahlanmış şəxsin nə tələb etdiyini hələ dəqiq deyə bilməyib.
Yada salaq ki, daha əvvəl polis xəbər vermişdi ki, saat 17:00 radələrində 3 silahlı vətəndaş qumbaraatandan istifadə etməklə Yerevanın Nor Nork rayonunun polis şöbəsinin inzibati binasına soxulmağa cəhd edib. Nəticədə iki hücumçu yaralanıb və tibb müəssisəsinə aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.