İrana səfər edən HƏMAS hərəkatının lideri İsmayıl Haniyə xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüş keçirəcək.
Bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, İsmayıl Haniyənin bu görüşdə Qəzzadakı son vəziyyət, eləcə də İordan çayının qərb sahilindəki hadisələrlə bağlı hesabat verəcəyi gözlənilir.
Həmçinin Haniyənin səfər çərşivəsində digər İran rəsmiləri ilə də görüş keçirəcəyi də bildirilib.
Qeyd edək ki, bu, Haniyənin "Əqsa tufanı" əməliyyatından sonra Tehrana ikinci səfəridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.