AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin: O zaman əsl qurban rus xalqı olacaq

  • + A
  • - A
  • 28-03-2024, 13:25

    Putin: O zaman əsl qurban rus xalqı olacaq


    Putin bəzi şovinistlərin “Rusiya ancaq ruslara məxsusdur” ifadələrinə sərt reaksiya verib.

    Tverdə aviasiya təlim mərkəzində pilotlarla görüşündə Rusiya prezidenti Vladimir Putin bununla bağlı mövqeyini açıqlayaraq deyib: “Rusiya yalnız ruslar üçündür deyəndə narahat oluram. Nəzərə alsaq ki, ölkə ərazisində 190 etnik qrup yaşayır və bəzi millətlər milyonlarla insan tərəfindən təmsil olunur, burada hamının yad olması ilə bağlı bu dağıdıcı fikirləri həyata keçirməyə başladığımız andan etibarən ölkəni məhv edəcəyik, əsl qurbanlar rus xalqı olacaq".

    Rusiyanın çoxmillətli və çoxkonfessiyalı bir ölkə olduğunu heç vaxt unutmamaq lazım olduğunu vurğulayan Putin bu mövzuda diqqətli olmağın vacibliyini vurğulayıb. “Biz başqa dinə mənsub bacı-qardaşlarımıza, yəni müsəlmanlara, yəhudilərə və başqalarına həmişə hörmətlə yanaşmalıyıq”, - o qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR