Gürcüstan millisinin çalışdırıcısı onun gedişi ilə bağlı yayılan xəbərləri təkzib edib. Onun rəhbərliyi altında milli komanda tarixdə ilk dəfə Avroya yüksəlib.
Futbol üzrə Gürcüstan milli komandasının baş məşqçisi Villi Sanol mətbuatda onun mümkün gedişi ilə bağlı yayılan məlumatları təkzib edib.
Avropa çempionatının final mərhələsinə yüksəldikdən sonra fransalı çalışdırıcı komanda ilə işləməyə davam edəcəyini vurğulayıb.
“Çoxları düşünürdü ki, baş məşqçi postundan getməliyəm, indi getmək haqda düşünmürəm, çünki ətrafımda yaxşı insanlar, ölkə və peşəkarlar var idi, burada işləməkdən məmnunam” - Villi Sanol
bildirib.
Avro seçmə pley-off oyunları
Gürcüstan yığması seçmə mərhələnin ilk mərhələsində Lüksemburq yığmasına 2:0 hesabı ilə inamla qalib gəlib. Sonrakı rəqibi Yunanıstan komandası olub. Qarşılaşmanın əsas vaxtı və əlavə 30 dəqiqə komandalara qalibi müəyyən etmək üçün kifayət etməyib, gürcülər rəqiblərini yalnız penaltilər seriyasında məğlub ediblər.
Yunanıstan yığmasını məğlub edən Gürcüstan tarixində ilk dəfə olaraq qitə birinciliyinə yüksəlib. Onun F qrupunda rəqibləri Portuqaliya, Türkiyə və Çexiya yığmaları olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.