"Bavariya" komandanın baş məşqçisi postu üçün "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqı nəzərdən keçirir, britaniyalılar isə öz növbəsində Münhen komandasından mütəxəssis - Tomas Tuçeli dəvət edə bilər. Bu barədə jurnalist Kristian Falk sosial şəbəkələrdə məlumat yayıb.
Jurnalistin sözlərinə görə, Münhen komandası Tuçeli on Haqla əvəzləmək istəyir. Öz növbəsində alman mütəxəssislə “Mançester Yunayted” maraqlanır. Tuçelin Çempionlar Liqasında "Real"la cavab oyunu öncəsi İngiltərə klubu ilə danışıqlar aparmaq istəmədiyi vurğulanır. Komandaların ikinci görüşü mayın 8-də baş tutacaq. İlk oyun 2:2 hesabı ilə heç-heçə başa çatıb.
Ten Haqin komandası İngiltərə çempionatında altıncı yerdədir. “Mançester Yunayted” mövsümü avrokubok zonasında başa vurmağı planlaşdırır. Bu mövsüm Çempionlar Liqasının qrupunda ingilislər sonuncu, Münhen komandası isə birinci yeri tutub.
Tuçelin rəhbərliyi altında "Bavariya" bu mövsüm son illərdə ilk dəfə növbəti çempionluq şansını itirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.