Masallı, 14 iyul — Azadmedia.az
Masallı rayonu Ərkivan qəsəbəsi Vətən müharibəsi şəhidi Novruzov Anar Gülverdi oğlunun (12.05.1976 - 14.07.2020) 4-cü ildönüme ilə bağlı məzarı ziyarət edilib.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, ziyarətdə Masallı rayonu Gənclər və İdman idarəsinin sektor müdiri Sabiq Cahangirov, deputat Məşhur Məmmədovun köməkçisi Rəmzi Şahverdiyev, Şəhidin qardaşı Sucəddin Novruzov və media nümayəndələri iştirak ediblər.
Belə ki, öncə şəhidin ailəsinə baş çəkilib, qəhrəman övladımızın məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.
Qeyd edək ki, Şəhid Anar Novruzov Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.