İran Prezidenti Məsud Pezeşkian HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığı zamanı Fələstin məsələsinin onun üçün prioritet olduğunu deyib.
Azadmedia.az xəbər verir ki, bu barədə İran mediası yazıb.
Belə ki, “Mənim hökumətim islam dünyasının əsas məsələsi kimi Fələstin problemini prioritetləşdirəcək.Biz digər ölkələrin əməkdaşlığı və bütün imkanlardan istifadə edərək Qəzzaya qarşı müharibənin sona çatmasına nail olmağa çalışırıq”, - deyə Pezeşkian bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.