AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda davamlı inkişafda “yaşıl düşüncə” düşərgəsinin açılışı olub

  • + A
  • - A
  • 3-08-2024, 11:35

    Masallıda davamlı inkişafda “yaşıl düşüncə” düşərgəsinin açılışı olub

    02 avqust 2024-cü ildə Masallı rayonu, İstisu ərazisində Azərbaycan Respublikasının Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən icra olunan Davamlı inkişafda “yaşıl düşüncə” layihəsinin ilk gününün təlimi keçirilmişdir.

    Asiya.az xəbər verir ki, üç günlük təlimlər 3 və 4 avqust tarixlərində davam etdiriləcəkdir. Layihənin müddəti 3 ay olmaqla 01 iyun – 31 avqust 2024-cü il tarixləri əhatə edir.

    Bu barədə məlumat verən “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci Ələkbər oğlu qeyd etmişdir ki, təlim 87 onlayn müraciətlər içərisindən seçilmiş 20 nəfər gəncin iştirakı ilə keçirilir. Layihənin məqsədi ətraf mühitin qorunmasında yaşıl düşüncə və davamlı inkişafda yaşıl düşüncənin logistik əhəmiyyətinə cəmiyyətin, o cümlədən gənclərin diqqətini cəlb etməkdir. İlk gündə keçrilən təlimdə enercayzerlərlə ekoloji sistem, ətraf mühit, onun qorunması, ekoloji tarazlığın saxlanılması, təbii sərvətlər, növləri, onlardan səmərəli istifadə, alternativ enerji mənbələri-davmlı inkişaf və ekoloji təhlükəsizlik mövzularında gənclərə təlimlər keçirilmişdir. Üç gün ərzində keçiriləcək təlim kurslarında uyğun mövzular üzrə təlimçilər Samir Salayev və Afiq Məlikov tərəfindən təlimlər keçəcəkdir.

    “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR