AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı pəhləvanı dünya üçüncüsü oldu - KİV

  • + A
  • - A
  • 21-08-2024, 20:33

    Masallı pəhləvanı dünya üçüncüsü oldu -


    İordaniyanın Amman şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı Uşaq-Gənclər İdman Məktəbinin yunan-Roma bölməsinin yetirməsi Əmrah Əmrahov (48 kq) bürünc medal qazanıb.

    Fəxri kürsünün üçüncü pilləsinə qalxan həmyerlimiz Ə.Əmrahov 1/8 finalda ukraynalı həmkarına 3:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda iranlı rəqibinə məğlub olub. Sonra təsəlliverici görüşdə bolqarıstanlı rəqibinə tam üstünlüklə (9:0) qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqəni təmin edib. Əmrah qazaxıstanlı idmançıya 3:1 hesabıyla qalib gələrək U-17 dünya çempionatında bürünc medala sahib olub.

    Qeyd edək ki, Əmrah Əmrahov Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı Uşaq Gənclər İdman Məktəbinin yunan-Roma bölməsinin məşqçi-müəllimi Qismət Əkbərovun tələbəsidir.
    Cənubpress


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR