AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı pəhləvanı qitə üçüncüsü oldu - SON DƏQİQƏ

  • + A
  • - A
  • 6-07-2023, 20:14

    Masallı pəhləvanı qitə üçüncüsü oldu -

    Bakı, 6 iyul — Azadmedia.az

    Masallı pəhləvanı qitə üçüncüsüdür.

    Azadmedia.az xəbər verir ki, İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
    Sərbəst güləş üzrə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan Zəfər Əliyev qitə birinciliyinin bürünc medalına sahib olub.

    Qeyd edək ki, Zəfər Əliyev ispaniyalı Enrike Ximenesə tam üstünlüklə (13:0) qalib gəlsə də, 1/4 finalda ukraynalı İvan Primaçenkoya 0:2 hesabıyla məğlub olub. Əliyev təsəlliverici görüşdə fransalı Əsgərxan Xunkayev üzərində böyükhesablı qələbə qazanıb - 10:2. Zəfər son qarşılaşmada slovakiyalı Adam Jaksikə 12:5 hesabıyla qalib gələrək çempionatın bürünc medalını əldə edib.

    Xatırladaq ki, Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Təhmasib İsayevin yetirməsi, hazırda böyüklərdən ibarət ölkə yığmasının üzvü Zəfər Cəlal oğlu Əliyev çimərlik güləşi üzrə gənclərin (U-20) Avropa çempionatının (07-08.07.2022, Yunanıstan) qızıl, U-20 Dünya çempionatının (02.09.2022, Ruminiya) gümüş medalçısıdır.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR