AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda "Statistik məlumatlardan istifadə olunması" mövzusunda seminar-müşavirə keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 12-09-2024, 14:24

    Masallıda "Statistik məlumatlardan istifadə olunması" mövzusunda seminar-müşavirə keçirilib -



    Masallı, 12 Sentyabr — Azadmedia.az

    12 sentyabr 2024-cü il tarixində Masallı Rayon Statistika İdarəsinin təşkilatçılığı və Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri (Yeni həyat, Həqiqətlə üz-üzə qəzeti, Asiya.az, Azadmedia.az, Azpresstimes.info və Masallı Xəbərləri Milli İnformasiya Portalı), idarə, müəssisə və təşkilatların statistik hesabat təqdim edən məsul əməkdaşlarının iştirakı ilə Masallı Rayon Statistika İdarəsində "Statistik məlumatlardan istifadə olunması" mövzusunda seminar-müşavirə keçirilib. .

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, seminar-müşavirəni giriş sözü ilə açan Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə statistik məlumatların yayılması sahəsində siyasətin səmərəliliyini həm hazırlanan statistik məlumatların vaxtlı-vaxtında olmasını, həm də bu məlumatların nə dərəcədə reallığı əks etdirməsini, onların dəqiqliyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Statistika orqanlarına nüfuzun artmasında və ona olan inamın yüksəlməsində Kütləvi İnformasiya vasitələrinin əhəmiyyətli rola malik olduğunu qeyd edib.
    Masallı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşı Əli Məmmədov çıxış edərək Statistika İdarəsinin rəhbərliyinə bu seminar-müşavirənin keçirilməsinə görə təşəkkürünü bildirib, rəsmi statistika məlumatlarının hal-hazırda dövlət səviyyəsində müvafiq tələbatların ödənilməsi üçün zəruri ehtiyaca çevrildiyini vurğulayıb.
    Masallı Rayon Statistika İdarəsinin məsləhətçisi Elmin Əliyev çıxış edərək müşavirə iştirakçılarının diqqətinə Dövlətstatkomun rəsmi veb saytında (stat.gov.az) yerləşdirilmiş elektron xidmətlər barəsində məlumat vermiş, ASİS-Azərbaycan Statistik İnformasiya Sistemindən məlumatların əldə olunmasını praktiki olaraq izah edib, tematik xəritələrdən istifadə qaydalarını göstərib. Statistik məlumatların istifadəçiləri, məlumatların vizulyasiya üsulları, statistik nəşrlərin əldə olunması qaydaları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

    Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və geniş diskursiya aparılıb.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR