AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Buraxılış imtahanları və Azərbaycan dili imtahanının nəticələri elan olunub

  • + A
  • - A
  • 13-09-2024, 14:56

    Buraxılış imtahanları və Azərbaycan dili imtahanının nəticələri elan olunub

    Sentyabrın 8-də keçirilən buraxılış imtahanları və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.

    Əlavə imtahanda cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən qatıla bilməyənlər iştirak ediblər.

    Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanda iştirak edən şagirdlər müvafiq linkə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.

    Azərbaycan dili (dövlət dili kimi) imtahanının iştirakçıları isə buradan imtahan nəticələrini öyrənə bilərlər.

    Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 16 sentyabr saat 11:00-dan 17 sentyabr saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR