AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov Vətən Müharibəsi Şəhidinin ailəsini ziyarət edib - FOTOLAR

  • + A
  • - A
  • 3-10-2024, 21:53

    Millət vəkili Məşhur Məmmədov Vətən Müharibəsi Şəhidinin ailəsini ziyarət edib - FOTOLAR


    Masallı, 3 oktyabr — Azadmedia.az


    Masallı rayonu millət vəkili Məşhur Məmmədov Viləş kəndi Vətən Müharibəsi Şəhidi Balaqardaş Fərhad oğlu Vəliyevin ailəsini ziyarət edib.

    Azadmedia.az-a bildirilib ki, ziyarətdə millət vəkili Məşhur Məmmədov, köməkçisi Əli Nağıyev, Masallı Təhsil Fondunun icraçı direktoru Hüseyn Hüseynov və Hekayət Nəzərov iştirak ediblər.

    Belə ki, ziyarətdə şəhidin döyüş yolundan söhbət açılıb, ailəyə maddi və mənəvi dəstək göstərilib.

    Millət vəkili M. Məmmədov bildirib ki, bütün şəhid ailələri kimi, şəhid Balaqardaş Vəliyevin ailəsi də dövlətin sosial dəstək tədbirləri ilə əhatə olunub və ailə müvafiq sosial ödənişlərlə təmin olunur.

    Görüşdə Balaqardaş Vəliyevin həyat yolundan, döyüşlər zamanı göstərdiyi şücaətlərdən bəhs olunub. Həmçinin onun və bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.

    Diqqətinizə çatdıraq ki, bu barədə millət vəkili M. Məmmədovun sosial media hesabında da geniş məlumat verilib.

    Millət vəkili Məmədovun paylaşımında qeyd olunub ki, “Azərbaycan Ordusunun əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev Talış kəndi istiqamətində gedən döyüşlərdə ayağından yaralanmış və müalicə üçün hospitala göndərilmişdir. Qısamüddətli müalicədən sonra şəxsi müraciəti ilə yenidən döyüş meydanına atılmışdır. Gənc əsgər Hadrut istiqamətində gedən döyüşlərin birində düşmənin snayper atəşinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
    Qısa ömür yaşasa da, qəhrəmanlığı ilə əbədilik qazanan Balaqardaşın xatirəsi hər birimizin qəlbində yaşayacaq. Ailəsi ilə söhbət zamanı xatirələrini dinlədik, onları maraqlandıran bəzi məsələləri diqqətdə saxlamaq üçün qeydə aldıq. Şəhidimizin ailəsi dövlətimizə əmanətdir.”

    Allah rəhmət eləsin!




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR