AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov Masallı rayonunda vətəndaşları qəbul edib

  • + A
  • - A
  • 12-10-2024, 17:28

    Deputat Məşhur Məmmədov Masallı rayonunda vətəndaşları qəbul edib



    Masallı, 12 oktyabr — Azadmedia.az


    Milli Məclisin deputatı Məşhur Məmmədov
    Masallı rayonunda vətəndaşları qəbul edib.

    Azadmedia.az məlumat verir ki, qəbulda 23 vətəndaş iştirak edib. Belə ki, həmin vətəndaşlardan 19-u şəhid ailələrinin üzvləri olub. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının inzibati binasında keçirilən qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən deputat M.Məmmədov onların müraciət və təkliflərini dinləyib.

    Nəzərinizə çatdıraq ki, qəbula gələn vətəndaşların müraciətlərinin əsas hisssəsini sosial problemlər - işlə təminat, məşğulluq, mənzil-məişət problemləri və.s təşkil edib.

    Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb, həlli üçün müvafiq addımlar atılıb və əksər məsələlər yerindəcə həllini tapıb.

    Qeyd edək ki, qəbulda iştirak edən sakinlər deputat M.Məmmədova müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə, göstərilən diqqət ve qayğıya görə, onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR