AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir: 2024-cü ildə Şuşa şəhəri üçün yaddaqalan olub

  • + A
  • - A
  • Dünən, 19:16

    Nazir: 2024-cü ildə Şuşa şəhəri üçün yaddaqalan olub

    "2024-cü ildə Şuşa şəhəri üçün yaddaqalan olub, "Gənclər Paytaxtı" olan Şuşada ilboyu müxtəlif tədbirlər keçirilib”.

    Bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında bildirib.

    “İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrinin iştirakçıları Şuşada maraqlı tədbirlərlə çıxış etdilər. Bildiyiniz kimi, bu il, həmçinin Şuşada İCESCO ilə birgə "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forum təşkil etdik. Azərbaycan gəncləri çox fəaldır, bütün tədbirlərdə aktiv iştirak etdilər", o deyib.

    Nazir həmçinin, qeyd edib ki, gənclər Türk Dövlətləri Təşkilatının "Gənclər Paytaxtı" olan Lənkəran şəhərində, eləcə də Bakının ev sahibliyi etdiyi COP-29-da fəallığı ilə yadda qalıblar.

    "Bütün bu tədbirlər dövlətin dəstəyi ilə həyata keçirilib, prezident İlham Əliyevin gənclərə daim qayğıyla yanaşır", - deyə nazir vurğulayıb.

    Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunmuşdu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR