Magistral su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Bakının Yasamal rayonunun bir hissəsinə, eləcə də Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrinə suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
"Təmir işlərinin bazar günü günü yekunlaşacağı planlaşdırılır. Gün ərzində suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq. Bu müddətdə sakinlərə maşınlarla su veriləcək", - deyə məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.