Bu gün futbol üzrə Azərbaycan millisinin 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki rəqibləri bəlli olacaq.
İsveçrənin Sürix şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Azərbaycan yığması püşkatmada IV səbətdə yer alacaq.
I səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya
II səbət: Türkiyə, Ukrayna, İsveç, Uels, Macarıstan, Serbiya, Polşa, Yunanıstan, Rumıniya, Slovakiya, Çexiya, Norveç
III səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Albaniya, Şimali Makedoniya, Gürcüstan, Finlandiya, Şimali İrlandiya, Monteneqro, Bosniya və Herseqovina, İsrail
IV səbət: Bolqarıstan, Lüksemburq, Kosovo, Belarus, Ermənistan, Qazaxıstan, Azərbaycan, Estoniya, Kipr, Farer adaları, Latviya, Litva
V səbət: Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn, San-Marino
Qeyd edək ki, seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək. Dörd və beş komandadan ibarət 12 qrupun birinciləri birbaşa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcəklər. İkinci yeri tutanlar pley-offda iştirak hüququ qazanacaqlar. 2026-cı ildə Kanada, Meksika və ABŞ-də təşkil olunacaq dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə gerçəkləşəcək.