"Qarabağ" Misli Premyer Liqasında bu gün "Şamaxı" ilə üz-üzə gələcək.
III turdan təxirə salınmış oyun saat 14:00-da başlayacaq.
Şamaxı şəhər stadionunda reallaşacaq qarşılaşmanın baş hakimi Rəşad Əhmədov olacaq.
Hazırda lider olan Ağdam təmsilçisinin 41 xalı var. Meydan sahibləri isə 14 xalla 8-ci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
III turdan təxirə salınmış oyun
19 dekabr
14:00. “Şamaxı” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Rauf Allahverdiyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.