AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Demokratiyanın inkişafında yeni səhifə

  • + A
  • - A
  • Dünən, 16:52

    Demokratiyanın inkişafında yeni səhifə


    Məşhur Məmmədov,
    Millət vəkili


    Ölkə olaraq daha bir seçkini geridə qoyduq. Azərbaycanın demokratik inkişafında mühüm hadisələrdən biri olan bələdiyyə seçkiləri 29 yanvar 2025-ci ildə uğurla keçirildi. Bu seçkilər ölkəmizin yerli idarəetmə sisteminin gücləndirilməsinə, ictimai iştirakçılığın artırılmasına və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə xidmət edir.
    Bələdiyyələr dövlətin yerli idarəetmə qurumları kimi cəmiyyətin sosial-iqtisadi inkişafına birbaşa təsir göstərir. Onların fəaliyyətinin gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, xüsusilə yerli özünüidarəetmənin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, bələdiyyələrin səlahiyyətlərinin artırılmasına və vətəndaşlara daha yaxın olmasına şərait yaradıb.
    Bu dəfəki seçkilər suveren Azərbaycanın bütün ərazisində, demokratik prinsiplərə uyğun, şəffaf və ədalətli şəkildə keçirildi. Seçicilərin yüksək fəallığı onların yerli özünüidarəetmə orqanlarının işinə verdikləri önəmi bir daha sübut etdi. Xalqımızın seçkilərə marağı və iştirakı, vətəndaş məsuliyyətinin artdığını göstərdi.
    Yeni seçilmiş bələdiyyələrin qarşısında böyük vəzifələr dayanır. Onlar yerli problemlərin həllində daha fəal rol oynamalı, sosial infrastrukturun inkişafına töhfə verməli və ictimai nəzarət mexanizmlərini gücləndirməlidirlər.
    Milli Məclisin deputatları olaraq biz də öz növbəmizdə bələdiyyələrin səmərəli fəaliyyət göstərməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsinə, onlara yeni imkanların yaradılmasına dəstək verəcəyik. Dövlətin və cəmiyyətin ortaq məqsədi vətəndaşların rifahının artırılmasıdır. Bu baxımdan, bələdiyyələrin rolu böyükdür və onların potensialından daha səmərəli istifadə olunmalıdır.
    29 yanvar bələdiyyə seçkiləri bir daha sübut etdi ki, Azərbaycan xalqı demokratik proseslərdə fəal iştirak edir və ölkənin gələcəyinə biganə deyil. Seçicilərim adından yeni seçilmiş bələdiyyə nümayəndələrini təbrik edir, onların uğurlu fəaliyyət göstərəcəyinə əminliyimizi ifadə edirik.
    Bu seçkilər Azərbaycanın demokratik inkişaf yolunda yeni bir mərhələnin başlanğıcıdır və biz, millət vəkilləri olaraq, bu yolda bütün lazımi dəstəyi verməyə hazırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR