AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Traktor”- “Persepolis” oyununda qarışıqlıq salmaqda şübhəli bilinən iki qadın həbs edilib

  • + A
  • - A
  • Bu gün, 16:54

    “Traktor”- “Persepolis” oyununda qarışıqlıq salmaqda şübhəli bilinən iki qadın həbs edilib

    İranda Təbrizin “Traktor” və Tehranın “Persepolis” futbol klubları arasında yanvarın 26-da keçirilən oyunda iğtişaş yaratmaqda şübhəli bilinən iki qadın tamaşaçı həbs edilib.

    Məlumatı İRNA yayıb.

    Müşahidəçilərin sözlərinə görə, həbs edilən iki qadının hansı komandanın tərəfdarı olduğu ilə bağlı məlumat yayılmayıb. Bundan başqa, iğtişaş yaradaraq azərbaycanlıları təhqir edənlərin sayının iki nəfərdən çox olduğu da bildirilib.

    Tehranda keçirilən bu oyun "Persepolis"in 2:0 üstünlüyü ilə başa çatıb. “Azadi” adına stadiona toplaşan Tehran komandasının azarkeşləri “Traktor”un oyunçularına yad cisimlər atıb, onları təhqir ediblər. Bundan başqa, klubun azarkeşləri Azərbaycan türklərinə qarşı şüarlar səsləndirib, təhqiredici ifadələr işlədib, Təbriz komandasının tərəfdarlarına hücum ediblər. Hadisə nəticəsində “Traktor”un 33 tərəfdarı xəsarət alıb.

    İran Prezidenti Məsud Pezeşkian baş verən hadisənin “qəbuledilməz” olduğunu bildirib, hadisə ilə bağlı idman və gənclər naziri Əhməd Dünyamalı tapşırıq verəcəyini deyib. O vurğulayıb ki, bu kimi hallara qarşı sərt tədbir görülməsə, daha şiddətli hadisələr baş verə bilər.

    Əhməd Dünyamalı oyun zamanı baş vermiş hadisə ilə bağlı müşavirə keçirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR