ABŞ Prezidenti Donald Tramp Hökumətin Fəaliyyətinin Səmərəliliyi Departamentinə nəzarət edən İlon Maskın maraqlarının toqquşması ola biləcəyi dövlət layihələrində, o cümlədən kosmik inkişaf sahəsində iştirakına icazə verməyəcəyini bildirib.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Amerika lideri yeni fərmanlarını imzalayarkən jurnalistlərin suallarını cavablandıranda deyib.
“Mən heç bir maraq toqquşmasına yol verməyəcəyəm”, - Tramp bildirib.
"Mən İlona dedim: hər hansı münaqişələr - sizin bununla heç bir əlaqəniz ola bilməz. Beləliklə, buna təsir edən hər şey (maraqlar toqquşması - red.), bəlkə də kosmosa, biz İlonun orada iştirakına icazə verməyəcəyik", - Ağ Evin rəhbəri əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.