Masallı, 17 fevral — Azadmedia.az
Masallı PFK-nın daha bir yetirməsi Ruslan İmanverdiyev Qəbələ FK-ya transfer olundu.
Bu barədə Azadmedia.az-a Masallı PFK-nın mətbuat katibi Ülkər Piriyeva məlumat verib.
Piriyeva bildirib ki, Masallı PFK cənub bölgəsində son illərdə futbolun inkişafına geniş töhfələr verib. Klub bundan öncə də, yetirmələri Nihad Cəbiyevi Sabah FK-ya, Əli Kiçibəyovu isə Bardelonada yerləşən Marcet akademiyasına transfer edib. Ü. Piriyeva həmçinin klubun bundan sonra da öz yetirmələrini müxtəlif klublara transfer edə biləcəyini qeyd edib. O həmçinin transfer olunan oyunçulara uğurlar arzu edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.