AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda "Gənclər və idmançıların həmrəylik festivalı” keçirilib - Masallı PFK-nın Mətbuat katibi

  • + A
  • - A
  • 24-12-2024, 20:04

    Masallıda "Gənclər və idmançıların həmrəylik festivalı” keçirilib - Masallı PFK-nın Mətbuat katibi


    Masallı, 24 dekabr, 2024 — Azadmedia.az


    Masallıda "Gənclər və idmançıların həmrəylik festivalı” keçirilib.

    Bu barədə Azadmedia.az-a Masallı PFK-nın mətbuat katibi Ülkər Piriyeva məlumat verib.

    Ülkər Piriyeva qeyd edib ki, “2024-cü il, Dekabr ayının 19-da Masallı şəhər Heydər Əliyev adına Xatirə parkında Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin təşəbbüsü və dəstəyi, Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran – Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə “Gənclər və idmançıların həmrəylik festivalı” keçirilib. Festivalda Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər rəsmi şəxslər iştirak edib.
    Masallı PFK-olaraq da biz hər zaman “idman” adlı bütün tədbirlərdə varıq.”

    Klubun mətbuat katibi Ülkər Piriyeva onu da bildirib ki, festivalda klubun rəhbəri Mirələm Həşimov da “Təşəkkürnamə” ilə təltif edilib.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR