AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Premyer Liqa: "Sumqayıt" "Kəpəz"i, "Neftçi" "Turan Tovuz"u qəbul edəcək

  • + A
  • - A
  • 10-03-2025, 09:15

    Premyer Liqa: "Sumqayıt" "Kəpəz"i, "Neftçi" "Turan Tovuz"u qəbul edəcək

    Futbol üzrə Misli Premyer Liqasında XXVI tura bu gün yekun vurulacaq.

    Günün ilk oyununda "Sumqayıt" "Kəpəz"i qəbul edəcək.

    Qarşılaşma saat 17:00-da, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununda start götürəcək. 22 xalı olan komandalar müvaqif olaraq 8-9-cu pillələrdə qərarlaşıblar.

    Tura "Neftçi" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq. Bu görüş saat 19:30-da başlayacaq. Paytaxt təmsilçisi 27 xalla 7-ci, bölgə təmsilçisi 42 xalla 4-cü pillədə qərarlaşıb.

    Azərbaycan Premyer Liqası

    III dövrə, XXVI tur

    17:00. “Sumqayıt” – “Kəpəz”
    Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
    VAR: Nicat İsmayıllı.
    AVAR: Teymur Teymurov.
    Hakim-inspektor: Zöhrab Qədiyev.
    AFFA nümayəndəsi: Seymur Səlimli.
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

    19:30. “Neftçi” – “Turan Tovuz”
    Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
    VAR: Rauf Cabarov.
    AVAR: Akif Əmirəli.
    Hakim-inspektor: Rəhim Həsənov.
    AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
    “Neftçi Arena”

    Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Araz-Naxçıvan"ı (3:1), "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i (hər ikisi 1:0) məğlub edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR