AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir Raketin Ardınca Başlayan Ümidlər – İdmançı Söhbət Piriyevin Masallıya Tenis Töhfəsi

  • + A
  • - A
  • 15-05-2025, 23:48

    Bir Raketin Ardınca Başlayan Ümidlər – İdmançı Söhbət Piriyevin Masallıya Tenis Töhfəsi

    Bakı, 15 may — Azadmedia.az

    Bir Raketin Ardınca Başlayan Ümidlər – İdmançı Söhbət Piriyevin Masallıya Tenis Töhfəsi

    Bəzən bir insanın səssiz fəaliyyəti, bir əlinin bir gəncin çiyninə qoyulması, gələcək nəsillərin həyat yolunu dəyişir. Söhbət Piriyevin Masallı torpağında – Şərəfə, Ağakişibəyli və ətraf kəndlərdə yaratdığı tenis mühiti də məhz bu cür sakit, lakin təsirli bir dəyişikliyin bariz nümunəsidir.

    İllər öncə, insanların “tenis” kəlməsini eşidəndə onu ancaq televiziyada izlədiyi xarici turnirlərlə bağladığı bir vaxtda, o, bu idman növünü kəndlərə gətirmək cəsarətini göstərdi. Hədəfi sadə idi – kənd uşaqları da nə vaxtsa əllərində raket, qarşılarında tennis toru, ayaqlarının altında isə kort hiss etsinlər. Hiss etsinlər ki, onların da dünya ilə yarışmaq, bədənlərini, ruhlarını və arzularını inkişaf etdirmək haqqı var.

    Masallıda İlk Tennis Salonunun Doğuşu

    İdmançı Söhbət Piriyev şəxsi təşəbbüsü və şəxsi vəsaiti ilə Masallıda tennis salonunu yaratdı. Həmin dövrdə bu, təkcə idman qurğusu deyil, həm də bir mesaj idi: “Burada da istedad var və bu istedad üçün şərait yaratmaq bizim borcumuzdur.”

    Bu salon qapılarını ətraf kəndlərin gəncləri üçün tam açıq etdi. Pulsuz məşqlər, top və raketlər… Sadə, lakin sevgi və inamla qurulmuş bir sistem.

    Təsəvvür edin: Ağakişibəyli kəndindən bir uşaq səhər çantasına raket qoyur və tennis oynamağa gedir. Şərəfədən bir yeniyetmə həyatında ilk dəfə raketlə topu vurur və ilk dəfə ayaq altında qırmızı kortun səssizliyini dinləyir. Bu səhnələr indi xatirə olsa da, o illərdə gənclərin həyatında inamın, səbrin və məqsədin toxumları idi.

    Kəndlərin idman aləmində Sakit İnqilabı

    Tenis bu kəndlərdə təkcə fiziki fəaliyyət növü olmadı. Gənclər və bir sıra kəndlərdən tenisə marağı olanlar, öz aralarında bir mədəniyyət formalaşdırmağa başladılar-əlbəttə Söhbət Piriyevin sayəsində. İntizam, hörmət, rəqabət mədəniyyəti, məğlubiyyəti qəbul etmək və yenidən oyuna qayıtmaq bacarığı — bunlar artıq məktəbdən deyil, tenis kortunun səssiz dərslərindən öyrənilən dəyərlərə çevrildi.

    Söhbət müəllim isə hər məşqin sonunda yalnız texniki səhvləri deyil, düşüncə səhvlərini də müzakirə edirdi. O deyirdi:
    “Topa düzgün zərbə vurmaq qədər, həyatdakı fürsətləri də düzgün görmək lazımdır.”


    Bu təşəbbüsün nəticələri bəlkə də statistik rəqəmlərlə ölçülmür. Amma bu gün Bakıda universitetlərdə oxuyan, dərs deyən, fərqli sahələrdə çalışan neçə-neçə gənclər, cənub bölgəsindən olan çoxsaylı yaşlı nəsil var ki, ilk özünəinamını məhz o kortlarda qazandı. Onların bəziləri indi öz rayonlarında müəllimdir, bəziləri idman sahəsində çalışır, digərləri isə həyatda yolunu dürüstlük və əzm ilə tapıb. Məhz, Söhbət Piriyevin əzmi sayəsində..

    Bugünkü Masallı gənclərinin əksəriyyəti üçün “tenis” artıq yalnız televiziya ekranlarından gələn bir anlayış deyil. Bu söz artıq İdmançı Hacı Söhbət Piriyevin sayəsində, onların uşaqlıq xatirələri, arzuları və özlərində tapdıqları güc ilə bağlıdır. Və bu dəyişimin arxasında dayanan ad yalnız – İdmançı Söhbət Piriyevdir.

    Bakı/Masallı (1988-ci və sonrakı illərdə..)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR