AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Premyer Liqa: Sonuncu turun ilk oyununda "Səbail" "Sumqayıt"ı qəbul edəcək

  • + A
  • - A
  • 23-05-2025, 09:20

    Premyer Liqa: Sonuncu turun ilk oyununda "Səbail" "Sumqayıt"ı qəbul edəcək

    Misli Premyer Liqasında sonuncu - XXXVI tura bu gün start veriləcək.

    Günün yeganə oyununda "Səbail" "Sumqayıt"ı qəbul edəcək.

    Qarşılaşma “ASCO Arena”da, saat 19:30-da start götürəcək.

    22 xalla sonuncu - onuncu pillədə qərarlaşan Bakı klubunun I Liqaya düşəcəyi dəqiqləşib. "Gənclik şəhəri" təmsilçisi 30 xalla doqquzuncudur.

    Misli Premyer Liqası

    IV dövrə, XXXVI tur

    23 may

    19:30. “Səbail” – “Sumqayıt”

    Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov.

    VAR: İnqilab Məmmədov.

    AVAR: Namiq Hüseynov.

    Hakim-inspektor: Vüsal Əliyev.

    AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

    “ASCO Arena”

    Qeyd edək ki, tura mayın 25-də yekun vurulacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR