AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu şəhərdə hər 100 şagirddən 50-si tələbə olur

  • + A
  • - A
  • 3-06-2025, 15:33

    Bu şəhərdə hər 100 şagirddən 50-si tələbə olur

    Abituriyentlərinin ali təhsil müəssisələrinə qəbul olma faizinə görə Sumqayıt şəhərinin nəticələri digər şəhərlərin göstəricilərindən yüksəkdir.

    Bu, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

    Hesabata görə, imtahanda iştirak edən hər 100 Sumqayıt məktəblisindən 50-51-i ali təhsil müəssisəsinə qəbul olub. Bundan başqa, son illər Naxçıvan şəhəri də abituriyentlərinin ali təhsil müəssisələrinə qəbulolma faizinə görə fərqlənir. İmtahanda iştirak edən hər 100 məktəblidən 45-46-sı ali təhsil müəssisəsinə qəbul olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR