AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Klublararası dünya çempionatında 1/4 final cütləri bəlli olub

  • + A
  • - A
  • 2-07-2025, 09:30

    Klublararası dünya çempionatında 1/4 final cütləri bəlli olub

    ABŞ-də keçirilən futbol üzrə klublararası dünya çempionatında 1/4 final cütləri müəyyənləşib.

    Bu, 1/8 final mərhələsinin son iki oyunundan sonra bəlli olub.

    Braziliya təmsilçilərindən "Fluminense" bu raundda Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası, "Palmeyras" İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.

    Fransanın PSJ kollektivi Almaniya çempionu "Bavariya"nın, İspaniya təmsilçisi "Real" isə "Borussiya" (Dortmund) komandasının müqavimətini qırmağa çalışacaq.

    Qeyd edək ki, 1/4 final oyunlarına iyulun 4-də start veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR