AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağ" Avstriyada bu gün ilk yoxlama matçına çıxacaq

  • + A
  • - A
  • 7-07-2025, 09:15

    "Qarabağ" Avstriyada bu gün ilk yoxlama matçına çıxacaq

    Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün ilk yoxlama oyununu keçirəcək.

    Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Metallist" (Xarkov) ilə üz-üzə gələcək.

    Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

    Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında "Zirə"ni 4 cavabsız qolla üstələyib.

    Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR