AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO Parlament Assambleyasının “Aİ-NATO Əməkdaşlığı: Mühim Tərəfdaşlıq və Demokratik Dayanıqlılıq” mövzusunda 107-ci Rouz-Rot seminarı keçirilib

  • + A
  • - A
  • 16-07-2025, 13:20

    NATO Parlament Assambleyasının “Aİ-NATO Əməkdaşlığı: Mühim Tərəfdaşlıq və Demokratik Dayanıqlılıq” mövzusunda 107-ci Rouz-Rot seminarı keçirilib


    Bakı, 16 iyul — Azadmedia.az


    14-15 iyul tarixlərində Belçikanın Brüssel şəhərində NATO Parlament Assambleyasının “Aİ-NATO Əməkdaşlığı: Mühim Tərəfdaşlıq və Demokratik Dayanıqlılıq” mövzusunda 107-ci Rouz-Rot seminarı keçirilib.

    Azadmedia.az xəbər verir ki, seminar Avropa Parlamenti ilə tərəfdaşlıq çərçivəsində və Təhlükəsizlik Sektoru İdarəçiliyi üzrə Cenevrə Mərkəzinin (DCAF) və İsveçrə Müdafiə, Mülki Müdafiə və İdman üzrə Federal Departamentinin dəstəyi ilə təşkil olunub.

    Tədbirdə NATO-nun müttəfiq və tərəfdaş dövlətlərindən olan parlament üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, akademik dairələrin təmsilçiləri, qeyri-hökumət təşkilatları və aparıcı tədqiqat mərkəzlərinin ekspertləri daxil olmaqla yüzə yaxın iştirakçı bir araya gəlib.

    Seminar çərçivəsində iştirakçılar hibrid təhdidlərə qarşı birgə mübarizə, demokratik institutların dayanıqlığının möhkəmləndirilməsi və Aİ ilə NATO arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparıblar.

    Tədbirdə Azərbaycanı Milli Məclisin deputatı Samir Vəliyev təmsil edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR